Cümə , 9 Yanvar 2026
Drone Cameras

SON DƏQİQƏ: BMT-nin baş katibi ABŞ-ni ittiham etdi

BMT-nin baş katibi Antonio Quterreş Amerika Birləşmiş Ştatlarını Venesuelada həyata keçirdiyi əməliyyat zamanı beynəlxalq hüquq normalarına əməl etməməkdə ittiham edib.

Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, Quterreş Venesuelanın gələcəyinin hələ də qeyri-müəyyən olaraq qaldığını və bu vəziyyətin ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Quterreş onu da diqqətə çatdırıb ki, mövcud vəziyyət fonunda BMT Venesueladakı bütün siyasi qüvvələri ölkənin gələcəyinin müəyyənləşdirilməsi üçün inklüziv və demokratik dialoqa çağırır. Baş katibin bu açıqlamaları BMT tribunasında səslənməsi baxımından xüsusilə diqqət çəkir və Vaşinqtona yönəlmiş açıq tənqid kimi dəyərləndirilir.

Check Also

Gürcüstan Ermənistana göndərilən Azərbaycan yanacağından PUL QAZANACAQ

Gürcüstan Azərbaycandan Ermənistana göndərilən benzinin ikinci tranziti üzrə ödəniş alacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə …