Ağ Ev administrasiyası İrana qarşı hədəfli hücumlar və orada kiberhücumlar etməyi nəzərdən keçirir.
Boyukmillet.com xəbər verir ki, məlumatı “Politico” mənbələrə istinadən yayıb. Bildirilir ki, Tramp yanvarın 13-də İrandakı vəziyyətə mümkün cavab variantları barədə məlumatlandırılacaq. Qəzet qeyd edir ki, “Trampa hədəfli hücumlardan kiberhücumlara qədər bir sıra mümkün tədbirlər təqdim olunacaq”.
Administrasiya mülki əhali arasında itkilərin qarşısını almağa və “özünü İranın silahlı qüvvələrini hədəf almaqla məhdudlaşdırmağa” ümid edir.
Qəzetin mənbələri qeyd edir ki, Trampın hazırda İrana qoşun göndərmək planı yoxdur. Onlar həmçinin bildirirlər ki, “administrasiyadakı bəzi şəxslər ABŞ-ın hərəkətlərinin Yaxın Şərqdə gərginliyi artıra biləcəyindən qorxurlar”. Tramp əvvəllər İrandakı iğtişaşlarda iştirak edənlərə “köməyə” hazır olduğunu bildirmişdi.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
