Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Er­mə­ni di­as­po­ru­nun Er­mə­nis­ta­na ma­liy­yə yar­dı­mı­nı azaltma­sı­nın ma­raq­lı sə­bəb­lə­ri üzə çıx­ma­ğa baş­la­yır

Sa­mir Adı­gö­zəl­li: “Yə­qin ki, ya­xın vaxtlar­da biz bu na­ra­zı­lıq­dan do­ğan da­ha cid­di ha­di­sə­lə­rin şa­hi­di ola­ca­ğıq”

Ap­re­lin 2-də Er­mə­nis­tan­da ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan seç­ki­lər­lə bağ­lı na­ra­zı­lıq və na­ra­hat­lıq artmaq­da­dır. Ək­sə­riy­yət ar­tıq in­di­dən seç­ki­lə­rin sax­ta­laş­dı­rı­la­ca­ğı­nı bə­yan edir. On­la­rın sı­ra­sı­na di­as­por da qo­şu­lub.

Bəl­li ol­du­ğu ki­mi, “Er­mə­nis­tan­da əda­lət” ad­lı Tə­şəb­büs Qru­pu hə­lə ötən ilin son­la­rın­da 2017-ci ilin ap­re­lin­də Er­mə­nis­tan­da ke­çi­ri­lə­cək par­la­ment seç­ki­si­ni mü­şa­hi­də edə­cə­yi­ni bə­yan edib. Er­mə­ni di­as­po­ru­nun ta­nın­mış üzvlə­ri­nin ya­rat­dıq­la­rı Tə­şəb­büs Qru­pu­nun üz­vü, ta­nın­mış ka­na­da­lı re­jis­sor A.Eqo­yan Los-An­ce­les­də ke­çi­ri­lən fo­rum­da ap­rel seç­ki­si­nin nə­ti­cə­lə­ri­nin on­lar üçün qa­baq­ca­dan bəl­li ol­du­ğu­nu de­yib.

“Re­al böh­ran bu­dur ki, biz seç­ki­də nə ola­ca­ğı­nı bi­li­rik və nə­ti­cə­lər­lə ba­rış­ma­ma­lı­yıq. Biz si­ya­si mo­tiv­li həbslə­rə eti­raz et­mə­li­yik. Seç­ki­nin nə­ti­cə­lə­ri­ni bi­li­rik, am­ma in­di seç­ki­dən son­ra nə ola­ca­ğı­nı dü­şün­mə­li və er­mə­ni di­as­po­ru ki­mi bu öl­kə­də­ki pro­ses­lər­də biz də iş­ti­rak et­mə­li­yik. Gə­lin la­zım ol­sa ora ge­dək, kü­çə­lər­də otu­raq”, – de­yə Eqo­yan bil­di­rib. Eqo­ya­nın hə­yat yol­da­şı, ka­na­da­lı aktri­sa Ar­sin Xancyan­sa de­yib ki, tək­cə seç­ki­lə­ri mü­şa­hi­də et­mək­lə iş bit­mir, xa­ric­də ya­şa­yan Er­mə­nis­tan və­tən­daş­la­rı öl­kə­yə ge­dib səs ver­mə­li­dir. “Nə­yin­sə də­yiş­mə­si­nə hə­lə ki, aza­cıq da ol­sa ümid var. Am­ma bu də­yi­şik­lik yal­nız bi­zim iş­ti­ra­kı­mız­la müm­kün­dür. Biz di­as­por ki­mi sta­tus-kvo­nun (Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­sin­də) sax­lan­ma­sı­nın ye­ga­nə yol ol­du­ğu­nu dü­şün­mə­mə­li­yik”, – de­yə Xancyan bil­di­rib. Fo­rum­da iş­ti­rak edən­lər­dən bi­ri, yu­mo­rist Ba­qe Ber­ber­yan de­yib ki, on­la­rın işi tək­cə Er­mə­nis­tan­da­kı ha­ki­miy­yə­tə tə­sir et­mək yox, həm də öl­kə sa­kin­lə­ri­nə də­yi­şik­li­yin yo­lu­nu gös­tər­mək­dir. “İn­san­lar hə­qi­qə­tən də öz səs­lə­ri­ni 5 min dra­ma sa­tır. Biz tək­cə bu səs­lə­ri alan mə­mur­la­ra yox, həm də onu sa­tan in­san­la­ra təz­yiq edi­rik ki, səs­lə­ri­ni sat­ma­sın­lar” – de­yə Ber­ber­yan vur­ğu­la­yıb.

Ye­ri gəl­miş­kən, er­mə­ni mət­bu­a­tı ar­tıq in­di­dən ya­zır ki, Er­mə­nis­tan­da qar­şı­dan gə­lən par­la­ment seç­ki­lə­rin­də hər bir se­çi­ci­nin ələ alın­ma­sı üçün ve­ri­lən rüş­vət 100 dol­la­ra ça­ta­caq. Bu­nu Er­mə­nis­tan­da çı­xan “Jo­qo­vurd” (“Xalq”) qə­ze­ti ya­zıb. Ar­tıq bü­tün hal­la­ra gö­rə er­mə­ni di­as­po­ru­nun Er­mə­nis­tan hö­ku­mə­ti­nə ma­liy­yə yar­dı­mı­nı bir­də­fə­lik kəs­di­yi bil­di­ri­lir.

Bu ha­lın ya­ran­ma­sı­na baş­lı­ca sə­bəb nə ola bi­lər?

Dün­ya Azər­bay­can­lı­la­rı Konqre­si ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, be­lə ha­lın ya­ran­ma­sı­na baş­lı­ca sə­bəb Er­mə­nis­tan rəh­bər­li­yi­nin ya­rıt­maz si­ya­sə­ti­dir: “Dün­ya­da for­ma­la­şan er­mə­ni di­as­po­run­dan güc­lü ia­nə­lər alan Er­mə­nis­tan hö­ku­mə­ti ar­tıq çı­xıl­maz du­rum­la üz­lə­şib. Dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də fə­a­liy­yət gös­tə­rən er­mə­ni di­as­po­ru­nun fə­al­la­rı Sar­kis­ya­nı, açıq-aş­kar, oğ­ru və qul­dur ad­lan­dı­rır. On­lar gö­rür­lər ki, Er­mə­nis­tan uçu­ru­ma ge­dir. Heç bir sa­hə­də irə­li­lə­yiş yox­dur. Sar­kis­yan və onun ko­man­da­sı xirtdə­yə qə­dər kor­rup­si­ya­ya bu­la­şıb. Bü­tün bu hal­la­rın möv­cud­lu­ğu be­lə ha­lın ya­ran­ma­sı­na sə­bəb olub. Ar­tıq er­mə­ni di­as­po­ru Sar­kis­yan ha­ki­miy­yə­ti­ni de­vi­rə­cə­yi­lə bağ­lı açıq fi­kir­lər səs­lən­di­rir. Yə­qin ki, ya­xın vaxtlar­da biz bu na­ra­zı­lıq­dan do­ğan da­ha cid­di ha­di­sə­lə­rin şa­hi­di ola­ca­ğıq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir