Bazar , 25 Yanvar 2026
Drone Cameras

Moldova MDB-dən çıxır

Moldovanın Xarici İşlər Nazirliyi ölkənin Sərbəst Dövlətlər Birliyindən (MDB/CIS) çıxışını nəzərdə tutan əsas sazişlərin denonsasiyasına start verildiyini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bununla Kişinyov təşkilatdan tam hüquqi ayrılıq prosesini rəsmən işə salıb.

Xarici xəbər kanallarının yaydığı məlumata görə, Moldova MDB-yə üzvlüyün hüquqi əsasını təşkil edən sənədləri – birliyin yaradılma sazişini və nizamnaməsini mərhələli şəkildə ləğv etməyə başlayır. Proses tamamlandıqdan sonra ölkə hüquqi baxımdan MDB üzvü olmayacaq.

Bildirilir ki, söhbət təkcə texniki sənədlərdən deyil, Moldovanın MDB-də qalmasını mümkün edən əsas hüquqi bazanın aradan qaldırılmasından gedir. 

Kişinyov uzun müddətdir MDB institutlarında faktiki iştirak etmirdi və indi bu vəziyyət rəsmi-hüquqi müstəviyə keçirilir. Parlament mərhələsi başa çatdıqdan sonra müvafiq bildirişlərin MDB strukturlarına göndəriləcəyi gözlənilir.

Check Also

İrana qarşı HAZIRLIQ – ABŞ bölgəyə bu silahları GÖNDƏRİR

ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda Vaşinqton bölgəyə əlavə …