Gürcüstanın baş naziri Ermənistanla Azərbaycan arasında Gürcüstan ərazisindən yan keçməklə mümkün birbaşa ticarət daşımaları məsələsinə münasibət bildirib.
Boyukmillet.com xəbər verir ki, baş nazir İrakli Kobaxidze bu cür alternativ marşrutların Gürcüstan üçün təhlükə yaratmadığını vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, son beş il ərzində Orta Dəhliz üzrə yükdaşımaların həcmi yeddi dəfə artıb. Bu artım fonunda Gürcüstanın əsas hədəfi mövcud nəqliyyat və logistika infrastrukturunu maksimum səmərə ilə istifadə edərək artan yük dövriyyəsinə cavab verməkdir.
Baş nazir qeyd edib ki, mümkün alternativ dəhlizlər Gürcüstanın tranzit rolunu zəiflətmir, əksinə, regionda artan ticarət aktivliyini tamamlayıcı element kimi çıxış edir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
