Cümə axşamı , 2 May 2024
Drone Cameras

“İnter”in baş məşqçisi: “Hədəfimiz dəyişməyib”

“AFFA-nın klubumuza səlahiyyətli nümayəndə təyin etdiyi Rəmiş Malıyevlə bu həftə görüşümüz olub. Onunla komandanın hazırkı durumunu müzakirə etmişik. Mövsümün qalan hissəsində heç bir problemimizin olmayacağını bildirib”. 

Bunu “Report”a açıqlamasında Bakının “İnter” futbol komandasının baş məşqçisi Zaur Svanadze deyib.

Gürcüstanlı mütəxəssis bildirib ki, komandanın hədəfi dəyişilməz olaraq qalır: “Bu baxımdan heç bir yenilik yoxdur. Məqsədimiz mükafatçılar sırasna düşmək və avrokuboka vəsiqə qazanmaqdır”.

“İnter” fevralın 4-də Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq. 59 yaşlı baş məşqçi qarşıdakı oyun üçün heyətlə bağlı problemlərinin olmadığını bildirib: “Cəzalı və ya zədəli futbolçumuz yoxdur. Bu gün son məşqimiz olacaq. “Sumqayıt”ı ilk iki dövrədə 3:1 və 2:1 hesabları ilə məğlub etsək də, bu komandanı bizim üçün asan rəqib adlandırmaq olmaz. Onlarla oyunlarımız həmişə gərgin keçib”.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Sumqayıt” – “İnter” matçı saat 16:30-da başlayacaq.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir