Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qırğızıstan Rusiyaya qarşı İDDİA QALDIRDI

Qırğızıstan Rusiyaya qarşı Avrasiya İqtisadi Birliyi Məhkəməsinə iddia qaldırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 27-də Joqorku Keneşin Əmək, Səhiyyə, Qadın Problemləri və Sosial Məsələlər Komitəsinin iclasında məlumat verilib.

Deputat Gülnarə Baatırova Qırğızıstandan olan miqrantlara icbari tibbi sığorta polislərinin verilməsi və onlara Rusiya Federasiyasında tibbi yardım göstərilməsi məsələsinin həll edilməsinin vacibliyini vurğulayıb.

Məcburi Tibbi Sığorta Fondunun rəhbəri Əzəmət Mukanov bildirib ki, bu sahədə işlər davam edir.

“Qırğızıstan tərəfi AİB müqavilələrinin tələblərinə əməl etməyən Rusiyaya qarşı məhkəmə iddiası qaldırıb. Rusiyadakı işçilərin ailə üzvləri üçün də məcburi tibbi sığorta polisləri verilməlidir. Bu müqavilə beş iştirakçı ölkənin hamısı tərəfindən imzalanıb”, – deyə komitə sədri qeyd edib.

O əlavə edib ki, ötən həftə məhkəmə iclası keçirilib və qərarın iki həftə ərzində verilməsi gözlənilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …