Çərşənbə , 4 Fevral 2026
Drone Cameras

Səlim Müslümovun lüks əmlakları satışa çıxarıldı

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.

Boyukmillet.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki əmlakın ümumi satış qiyməti təxminən 1 milyon 376 min manat təşkil edir.

– Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;

– Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.

Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay da 490 min manata iki mənzili satışa çıxarılıb.

Xatırladaq ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib.

Check Also

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür – “Yaxşı ki, Mozambiki almayıblar” – Hafiz Hacıyev SƏRT DANIŞDI

Xəbər verildiyi kimi, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada nə …