Cümə , 6 Fevral 2026
Drone Cameras

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub.

Odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur.

O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./Qafqazinfo.az/

Check Also

Maaşlar, pensiyalar ARTIR, bəs niyə PROBLEMLƏR AZALMIR? – Natiq Cəfərli və Musa Quliyev ÜZ-ÜZƏ

Dünən parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda …