Cümə , 13 Fevral 2026
Drone Cameras

Mehdiyev-Kərimli cütlüyü ordunun döyüş ruhunu qırmaq üçün BU PLANI qurubmuş

Artıq faktlarla Ramiz Mehdiyevin, Əli Kərimlinin, Abbas Abbasovun və şəbəkənin digər üzvlərinin xəyanətkar siması, onların dövlətimizə və xalqımıza, müstəqilliyimizə və Konstitusiya quruluşumuza qarşı ardıcıl düşmən fəaliyyəti ifşa olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı istintaq məlumatından həm də belə aydın oldu ki, Ramiz Mehdiyev-Əli Kərimli-Abbas Abbasov şəbəkəsi 2020-ci ildə Vətən müharibəsi ərəfəsində ictimai rəydə Azərbaycanın sarsıdıcı zərbə alacağı və uduzacağı rəyini formalaşdırmağa çalışıb.

Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bu şəbəkəyə nə üçün sərf etmirdi? Niyə xalqda ruh düşkünlüyü, inamsızlıq yaratmaq üçün çalışırdılar?

elman.jpg (79 KB)

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, DTX-nin dünən yaydığı istintaq məlumatlarında Ramiz Mehdiyev-Əli Kərimli-Abbas Abbasov şəbəkəsinin, bu şəbəkənin üzvlərinin Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək və dövlətin konstitusion quruluşunu devirmək və dövlətə xəyanət yolunu seçdikləri sübuta yetirilmiş oldu:

“Məlum olub ki, bu şəbəkə həm də Vətən müharibəsi öncəsi Azərbaycan ictimai fikrini hakimiyyət əleyhinə yönəltmək, ictimai fikirdə Azərbaycanın məğlub statusunu formalaşdırmaqla məşğul olublar. Təsadüfi deyil ki, Ermənistanın təcavüzkarlığına, torpaqlarımızın işğalına, ordumuza qarşı cinayətlərinə qarşı 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda vətəndaşların keçirdiyi yürüşdə Ramiz Mehdiyevin rəhbərliyi altında olan şəbəkə dövlət əleyhinə təxribatçı hərəkətləri olub. Vətəndaşların milli maraqlarımıza uyğun yürüşünü Ramiz Mehdiyev-Əli Kərimli şəbəkəsi öz çirkin məqsədlərinə yönəltmək, bu yürüşdən öz mənfur planlarını həyata keçirmək istiqamətinə yönəltməyə çalışıblar. Yürüşə Xalq Cəbhəsinə məxsus kiçik qrupları qoşmaq və yürüşə çıxmış insanları aldadaraq, təxribata cəlb edərək Milli Məclisi, Dövlət Teleleviziyasını zəbt etmək və bunun ardınca dövlət çevrilişi planının növbəti mərhələsini həyata keçirmək istəyiblər. Bütün bu faktlar artıq öz təsdiqini tapıb. Dövlətə xəyanət Ramiz Mehdiyevin, Əli Kərimlinin yaxın adamı Qənimət Zahidin səs yazılarında da əksini tapıb”.

Deputatın sözlərinə görə, bu şəbəkə ona görə Vətən müharibəsi öncəsi və hətta müharibənin getdiyi dövrdə ictimaiyyətdə inamsızlıq yaratmağa çalışırdı ki, inamsızlıq öncə cəmiyyətdə yaransın, sonra orduya sirayət etsin:

“Hesablayıblar ki, cəmiyyətdə ruh düşkünlüyü, inamsızlıq ab-havası dövlətimizin ermənilərin təcavüzkar hərəkətlərinə cavab olaraq Vətən müharibəsinə başlamasını əngəlləyəcək, hesab edirdilər ki, inamsızlıq ordunun döyüş ruhuna ciddi zərbə vuracaq və ordumuz qalib gələ bilməyəcək. Belə vəziyyətdə isə həmin xəyanətkar şəbəkə qurduqları ssenarinin növbəti mərhələsinə start verəcəkdilər. Bu cinayətkar şəbəkə Azərbaycan dövlətinin işğaldakı torpaqları azad etməsini, Qarabağı azad etməsini öz gələcək mənfur planlarına qarşı ən böyük maneələrdən biri hesab ediblər. Ona görə də bütün gücləri ilə daim çalışıblar ki, Azərbaycan ictimaiyyətində, ordusunda inamsızlıq, ruh düşkünlüyü hakim olsun. Lakin artıq məlumdur ki, onların bütün bu cür iyrənc planları iflasa uğrayıb və onlar ifşa olunublar. Onlar cəzalarını alacaqlar”.

Check Also

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək – FOTOLAR

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət …