Çərşənbə , 18 Fevral 2026
Drone Cameras

Bakı “hakimi”ndən məmurlara XƏBƏRDARLIQ – Dəyişən NƏ olacaq?

Fevralın 17-də Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

İclasda çıxış edən BŞİH rəhbəri Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar. Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.

Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI | Baku.ws Xəbər  saytı - Son xəbərlər və Hadisələr

Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Belə neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.

Sözügedən qanunsuzluqlara niyə birdəfəlik “dur” demək olmur?

Deputat Elşad Musayev Musavat.com-a deyib ki, ayrı-ayrı rayonlarda məmur özbaşınalığı ilə bağlı müraciətlər daxil olur:

“Təbii ki, biz vətəndaşların şikayətlərini araşdırırıq. Bəzən olur ki, aidiyyəti üzrə müraciət edilmir. Yəni problemi həll edəcək qurum o olmur. Ancaq icra hakimiyyətlərinin əvvəlki səlahiyyətlərinin qalmadığını da demək lazımdır. Parlamentdə böyük şəhər bələdiyyəsi yaradılması təklif olundu. Mən də tərəfdarıyam ki, həm bələdiyyələrin funksionallığı artırılsın, həm də onların yerli icra hakimiyyətlərindən asılılığına son qoyulsun. Çünki icra başçıları bələdiyyə sədrlərinə təsir edirlər. Bu da müxtəlif qanun pozuntularına yol verilməsinə səbəb olur”.

Elşad Musayev vətəndaşları qəbul edib » Atributinfo.az - Azerbaycan'dan Son  Dakika Haberler ve Güncel Bilgiler

E.Musayev hesab edir ki, İH-lərlə bağlı addımlar sərtləşdirilməlidir:

“Əsasən də maliyyə xərclərinə nəzarət gücləndirilməlidir. Eyni zamanda, icra başçıları bilməlidirlər ki, prezident onlara xalqla işləməyi tapşırıb. Bunun üçün sakinlərlə görüşmək, onların problemlərini dinləmək lazımdır. Vətəndaş nə üçün adi bir problemə görə daha yüksək instansiyalara müraciət etmək məcburiyyətində qalmalıdır? Odur ki, bu təkliflərimiz nəzərə alınarsa, müsbət dəyişiklikləri müşahidə edə bilərik”.

Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib ki, Bakının rayonlarında yollar, işıqlanma və qanunsuz tikintilər kimi problemlər var:

“Bunu da Eldar Əzizov müşavirədə açıqladı. Ümumiyyətlə, paytaxtda sosial problemlər çoxdur və həllini gözləyir. İcra başçıları prezidentin tapşırıqlarını yerinə yetirməli, həbs olunan keçmiş həmkarlarından ibrət dərsi götürməlidirlər. Çünki cənab prezident onlara etimad göstərir, işləməyə imkan yaradır, amma fürsətdən sui-istifadə edirlər. Məsələn, Nəsiminin keçmiş icra başçısı cəmi 10-15 gün işlədi və məlum oldu ki, gələn kimi pul yığırmış. Ona görə də ümumilikdə icra hakimiyyətlərinin fəaliyyətinə yenidən baxılmalı, nəzarət gücləndirilməlidir”. Hüquq müdafiəçisinin sözlərinə görə, RİH-lərin ləğvi çağırışları səslənir və qarşıdakı dövrdə bu islahatların həyata keçirilməsi mümkündür.

Check Also

ABŞ İrana 2 həftə vaxt VERDİ

İran və ABŞ gələcək mümkün sazişə daxil edilə biləcək bəzi əsas elementlər üzrə ilkin razılığa …