Cümə , 20 Fevral 2026
Drone Cameras

Ərdoğandan bölgəni silkələyən AÇIQLAMA: Türkiyə döyüş təyyarəsi və aviadaşıyıcı istehsalına başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin döyüş təyyarələri və aviadaşıyıcılar istehsalına başlayacağını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, müqəddəs Ramazan ayının ilk günündə etdiyi çıxış zamanı danışıb.

Türk lideri bildirib ki, son 23 ildə Ankara müdafiə sənayesində böyük texnoloji sıçrayış edib və əldə olunan nailiyyətlər Türkiyəni artıq silah alan ölkədən silah istehsal edən ölkəyə çevirir. Bu prosesin əsas məqsədi xarici təchizatçılardan asılılığı minimuma endirməkdir.

Ərdoğanın sözlərinə görə, pilotsuz uçuş aparatlarında əldə edilən uğur növbəti mərhələdə döyüş aviasiyası və dəniz platformalarına keçiriləcək. Yerli aviadaşıyıcıların və milli qırıcıların hazırlanması həm təhlükəsizlik, həm də siyasi müstəqillik baxımından strateji əhəmiyyət daşıyır

Check Also

Bu ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib. Boyukmillet.com xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər …