Naməlum pilotsuz uçuş aparatları Rusiyanın Udmurtiya Respublikasındakı Votkinsk şəhərinə hücum edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Breçalov məlumat verib.
“Operativ məlumatlara görə, dağıntılar və xəsarət alanlar var. Hər kəsə lazımi köməklik göstərilir”, – deyə o bildirib.
Yerli “Telegram” kanallarında hadisə şahidləri azı üç partlayış barədə məlumat verirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbələrin “İsgəndər” raket komplekslərinin istehsal olunduğu “Votkinsk” zavoduna endirildiyi qeyd olunur.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
