Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Ermənistan İrana humanitar yardım təklif edib

İran və Ermənistan xarici işlər nazirləri Abbas Əraqçi və Ararat Mirzoyan telefon danışığı aparıblar.

Bu barədə Boyukmillet.com İranın Ermənistandakı səfirliyinin bəyanatına istinadən xəbər verir.

Ermənistanlı nazir İrəvanın istənilən humanitar yardım göstərməyə hazır olduğunu bildirib və İran ətrafındakı böhranın diplomatik yolla həllinə ümid etdiyini ifadə edib.

İran XİN başçısı Abbas Əraqçi isə öz növbəsində ölkənin tammiqyaslı müharibə vəziyyətində olduğunu və müdafiəyə davam edəcəyini vurğulayıb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …