Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq

İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.

Azərbaycan Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

Müdafiə nazirliyi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.

Check Also

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com …