Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın artıq buna ehtiyacı olmadığını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib.

“Biz danışıqlar aparmaq istəmirik. Onlar danışıqlar aparmaq istəyərlər. Amma biz istəmirik”, – deyə o bildirib.

O, həmçinin İranın cənubundakı qızlar məktəbinə edilən hücuma görə Tehranın məsuliyyət daşıdığını bildirib: “Gördüklərimə əsasən, inanıram ki, bunu İran edib”.

Eyni zamanda ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana quru qüvvələri göndərmək planının olmadığını, lakin bunun gələcəkdə baş verə biləcəyini bildirib.

Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: “Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox.”

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …