Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq.

Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

“Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-nin “İl-76″ təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq”, – məlumatda bildirilib.//Report

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …