Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İrandan raket atəşinə görə Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib

Raket təhlükəsi səbəbindən İsrailin mərkəzində hava hücumu xəbərdarlığı edilib.

Boyukmillet.com xəbər verir ki, sirenlər, o cümlədən Təl-Əviv və ətraf ərazilərdə səslənib.

Mətbuatın məlumatına görə, şəhərin səmasında raketlərin və raket əleyhinə sistemin izləri görünüb.

Az müddət əvvəl İsrailin Müdafiə Ordusu İrandan daha bir raket hücumu barədə məlumat verib.

Bu, 10 saatdan çox müddətdə Təl-Əviv ərazisində ilk hava hücumu xəbərdarlığıdır.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …