Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan məlumatlara görə, gənc şəxs Chevrolet Camaro markalı avtomobil sürür.
Boyukmillet.com bildirir ki, paylaşımlarda avtomobilin özündən daha çox dövlət nömrə nişanının qiyməti diqqət çəkib. Bəzi istifadəçilər nömrənin dəyərinin avtomobilin bazar qiymətindən daha yüksək ola biləcəyini iddia edərək bu məsələni müzakirəyə çıxarıblar. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif tənqidi rəylər səsləndirilib.
Qeyd edək ki, deputat Səyyad Aran daha əvvəl səsləndirdiyi fikirlərə görə də tənqid olunmuşdu. O, çıxışlarından birində “Mən günahkaram ki, kimsə 300-400 manat maaş alır, mən isə çox…” məzmunlu ifadələr işlətmişdi. Bu açıqlama ictimaiyyətdə narazılıq doğurmuş və geniş müzakirələrə səbəb olmuşdu.

Boyukmillet.com Biz yanmasaq vətən yanar