Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib

İran bildirib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları zərbələr üçün qanuni hədəfdir.

Boyukmillet.com-un məlumatına görə, bu barədə İranın Dövlət Televiziyasının istinad etdiyi İslam Respublikası Silahlı Qüvvələri Qərargahının bəyanatında bildirilib.

“Düşmən dövlətlərin komandirlərinin və rəsmilərinin iqamətgahları İran üçün qanuni hədəflərdir”, – bəyanatda deyilir.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Check Also

“Mossad”ın uğursuz ssenarisi: İsrail on minlərlə kürd döyüşçüsünü İrana yeridə bilmədi

İsrail və ABŞ-ın İrana qarşı hazırladığı, on minlərlə kürd döyüşçüsünün iştirakı ilə Tehrana qədər irəliləməyi …