Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ağ Evdən İran müharibəsi ilə bağlı VACİB AÇIQLAMA

ABŞ Yaxın Şərqdə hərbi əməliyyatların başa çatması üçün “finish xəttini” görür, lakin bu, yaxın günlərdə baş verməyəcək.

Boyukmillet.com  xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “Sky News” telekanalına müsahibəsində bildirib.

Dövlət katibi qeyd edib ki, rəsmi Vaşinqton İranla müharibənin yekunlaşmaqda olduğunu müşahidə edir: “Bu, bu gün və ya sabah olmayacaq, lakin hərbi əməliyyatların sona çatacağı vaxt gələcək”.

Rubionun sözlərinə görə, hazırda ABŞ və İran arasında mesaj mübadiləsi davam edir və perspektivdə tərəflərin birbaşa görüşü istisna deyil.

O həmçinin vurğulayıb ki, müharibə bitdikdən sonra Vaşinqton böyük ehtimalla, NATO ilə münasibətlərinə yenidən baxmalı olacaq.

“Bu qərarı prezident Donald Tramp verməlidir. Lakin biz NATO-nun hələ də effektiv bir ittifaq olaraq qaldığını, yoxsa bir tərəfli küçəyə çevrildiyini qiymətləndirməliyik”, – deyə Dövlət katibi əlavə edib.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …