Cümə , 3 Aprel 2026
Drone Cameras

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatlarında qeyd olunub.

Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaş (onlardan 17-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 16 fakt üzrə 34 nəfər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …