Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib

İran ABŞ-nin atəşkəs təklifini rədd edərək, müharibənin ölkənin maraqları nəzərə alınmaqla tam başa çatdırılmasının zəruriliyini vurğulayıb.

Boyukmillet.com IRNA-ya istinadən xəbər verir ki, müvafiq cavab ABŞ-İran münaqişəsinin nizamlanması üçün vasitəçi qismində çıxış edən Pakistana təqdim edilib.

İki həftəlik yüksək səviyyəli hərtərəfli müzakirələrdən sonra Tehranın 10 maddədən ibarət cavab təklifi təqdim etdiyi bildirilib.

Əsas şərtlər arasında regionda münaqişələrin dayandırılması, Hörmüz boğazından təhlükəsiz naviqasiya üçün protokolun hazırlanması, infrastrukturun bərpası və sanksiyaların ləğvi yer alıb.

İran müvəqqəti atəşkəs deyil, davamlı və dayanıqlı həllin əldə edilməsinin vacibliyini bəyan edib.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …