Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlamaq barədə qərar qəbul edib.
Boyukmillet.com xəbər verir ki, bu addım ABŞ-nin İranın infrastrukturuna zərbələr endirmə təhdidləri və rəsmi Tehranın mümkün cavab reaksiyası ilə bağlı yaranan narahatlıqlar fonunda atılıb.
Qeyd edək ki, Kral Fəhd körpüsü Əl-Xubar şəhərini ada dövləti olan Bəhreynlə birləşdirən mürəkkəb körpülər və bəndlər kompleksidir.
Strateji əhəmiyyətli bu tikili Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz Əl Səudun şərəfinə adlandırılıb.
Regionda gərginliyin artması fonunda körpünün fəaliyyətinin dayandırılması təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi qiymətləndirilir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
