Çərşənbə , 8 Aprel 2026
Drone Cameras

İsrail Trampın qərarını dəstəkləyir, lakin bu, Livana şamil olunmur – Netanyahu

İsrail ABŞ prezidentinin İrana hücumları dayandırmaq qərarını dəstəkləyir.

Boyukmillet.com xəbər verir ki, məlumatı The Times of Israel qəzeti baş nazir Benyamin Netanyahunun açıqlamasına istinadən yayıb. Açıqlamada qeyd olunur ki, İsrail ABŞ-ın “İran təhdidini” neytrallaşdırmaq səylərini dəstəkləyir.

ABŞ İranla danışıqlarda İsrailin ortaq məqsədlərinə sadiq olduğunu bildirib.

Baş nazir həmçinin qeyd edib ki, ABŞ-ın İranla iki həftəlik atəşkəsi Livana şamil edilmir.

Qeyd edək ki, bundan əvvəl Pakistanın Baş naziri Nəvaz Şərif atəşkəsin Livana da şamil olunduğunu açıqlamışdı.

Check Also

Şumerdən Trampa sərt sözlər

ABŞ-də atəşkəs qərarı daxildə də müzakirələr doğurub. Boyukmillet.com xəbər verir ki, ABŞ Senatında demokratların lideri Çak …