Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2 % dərəcə ilə vergi tutulmaları ilə bağlı vergi orqanına bəyannamə təqdim edəcək.

Həmçinin bu satışlarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral və səyyar vergi yoxlamaları aparılacaq.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …