Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İran hava məkanını qismən açıb

İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

“İranın hava məkanının şərq hissəsindəki marşrutlar beynəlxalq reyslər üçün açıqdır”, – qurumdan bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrailə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. 11-12 aprel tarixlərində Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqların birinci raundu keçirilib. Danışıqlar nəticə verməyib.

Check Also

Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün uğursuzluğundan sonra demokratları bu …