Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rəsmi Bakıdan Ermənistanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılması Azərbaycan XİN tərəfindən qətiyyətlə pislənilir.

“Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …