Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada idmanın inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir

2020-2025-ci illər üçün Naxçıvan Muxtar

Respublikasında idmanın inkişafına dair

DÖVLƏT PROQRAMI

I. Giriş

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır.  Muxtar respublikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.

2019-cu ildə muxtar respublikada 5 beynəlxalq, 1 ölkə səviyyəli olmaqla 386 idman tədbiri keçirilmiş, idmançılarımız Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə, Azərbaycan birinciliklərində yüksək nailiyyətlər əldə edərək muxtar respublikamızın idman nüfuzunu qaldırmağa müvəffəq olmuşlar.

Muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan proqram müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradacaqdır.

II. Proqramın məqsədi

Proqramın məqsədi aşağıdakılardan ibarətdir:

-əhalidə sağlam həyat tərzinin formalaşdırılması;

-uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi;

-istedadlı idmançıların üzə çıxarılması;

-bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi;

-idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması.

III. Gözlənilən nəticələr

Dövlət Proqramda nəzərdə tutulan tədbirlərin icrasından gözlənilən nəticələr aşağıdakılardır:

-cəmiyyətdə sağlam həyat tərzi formalaşacaq;

-bədən tərbiyəsi və idman kütləvi xarakter alacaq;

-beynəlxalq əməkdaşlıq imkanları genişlənəcəkdir.

IV. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

V. Proqramın həyata keçirilməsi üzrə

TƏDBİRLƏR  PLANI

Tədbirin məzmunuİcraçıİcra müddəti
Muxtar respublikada idmanın kütləviliyiniartırmaq üçün həyata keçirilən tədbirlər
1.1.Əhalinin fiziki inkişafa, sağlam həyat tərzinə olan tələbatının ödənilməsi, idmanın kütləviliyinin təmin edilməsiGənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,şəhər və rayon icra hakimiyyətləriMütəmadi 
1.2.İdman sahəsində qarşılıqlı fəaliyyət planlarının hazırlanıb həyata keçirilməsiGənclər və İdman Nazirliyi, idman federasiyalarıİldə bir dəfə
1.3.Gənclərin fiziki hazırlıq səviyyəsi­nin yüksəldilməsi, onların vətənin müdafiəsinə hazırlanması istiqamə­tində tədbirlərin görülməsi, hərbi idman oyunlarının təşkiliNaxçıvan Hərbi Qarnizonu,Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi Mütəmadi  
1.4.Muxtar respublikada idmanın müxtəlif növlərinin inkişa­­­fı məqsədilə federasiya, klub və digər ictimai birliklərin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakının təmin edilməsiGənclər və İdman Nazirliyi, idman federasiyalarıMütəmadi
1.5.“İdman festivalı”nın keçirilməsiGənclər və İdman Nazirliyi, idman federasiyalarıİldə bir dəfə
 1.6.Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklən­məsi, pullu xidmət növlərinin inkişaf etdirilməsiGənclər və İdman Nazirliyi,İqtisadiyyat Nazirliyi2020-2025-ciillər
 1.7.Muxtar respublikada idman turizminin inkişaf etdirilməsiGənclər və İdman Nazirliyi, Turizm DepartamentiMütəmadi
 1.8.Bütün təhsil müəssisələrində idman klublarının yaradılması və idmanın müxtəlif sahələri üzrə şagird və tələbələrin idmana cəlb olunmasıGənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələriMütəmadi
1.9.Bədən tərbiyəsi və idman vasitəsi ilə xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması, bu sahədə tədbir­­lərin görülməsi, layihələrin hazırlanmasıGənclər və İdman Nazirliyi,Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi Mütəmadi 
1.10.Sağlamlıq imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idman vasitəsi ilə reabilitasiyası, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsiGənclər və İdman Nazirliyi, Əmək və Əhalinin SosialMüdafiəsi NazirliyiMütəmadi
Kadr təminatı və tədrisin təşkili
 2.1.Bədən tərbiyəsi və idman sahəsində tədrisin səviyyəsinin yüksəldilməsi, pedaqoji kadrların peşə hazırlığının təkmilləşdirilməsi və tədrisin ixtisaslı müəllimlər tərəfindən aparılmasının təmin edilməsiTəhsil Nazirliyi,Naxçıvan Dövlət UniversitetiMütəmadi
 2.2.Uşaq-gənclər idman məktəblərinin fəaliyyətinin gücləndirilməsi, təhsil müəssisələrində idman yarışları və spartakiadaların təşkil edilməsiTəhsil Nazirliyi,Gənclər və İdman NazirliyiMütəmadi
 2.3.Muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkiliGənclər və İdman Nazirliyi, idman federasiyaları Mütəmadi
 2.4.Ali təhsil müəssisələrində hamiliyə götürülən ixtisaslarda gənclərlə işin aparılması, istedadlı gənclərin muxtar respublikanın idman həyatında aktiv iştirakının təmin edilməsiGənclər və İdman NazirliyiMütəmadi
 2.5.Ali təhsil müəssisələrində idman sahəsi üzrə kadr hazırlığı işinin gücləndirilməsiNaxçıvan Dövlət Universiteti,“Naxçıvan” Universiteti2020-2022-ciillər
 2.6.Muxtar respublikada idmanın müxtəlif növləri üzrə məktəblərin yaradılmasıNaxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları2020- 2025-ciillər
3. Bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı                                              maddi-texniki bazanın möhkəmləndirilməsi
3.1.İdman infrastrukturunun modernləş­di­ril­məsiGənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, idman federasiyaları2020-2025-ciillər
3.2.Yaşayış yerləri və kütləvi istirahət zonalarında əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün xüsusi sahələrin ayrılmasıGənclər və İdman Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri2020-2025-ciillər
3.3.İstirahət parklarında sadə idman qurğularının quraşdırılması və idman güşələrinin yaradılması, əhalinin bütün təbəqələrinin bu qurğulardan istifadəsi üçün tədbirlərin görülməsiGənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, şəhər və rayon icra hakimiyyətləri2020-2025-ciillər
 3.4.Ağbulaq Xizəksürmə Mərkəzinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulmasıDövlət Şəhərsalma və Arxitektura Komitəsi, Turizm Departamenti2020-ci il
3.5.Sağlamlıq imkanları məhdud şəxslər üçün İdman Kompleksinin yaradılmasıDövlət Şəhərsalma və Arxitektura Komitəsi, Paralimpiya Federasiyası2023-cü il
 3.6.Ordubad Şəhər Stadionunun yenidən tikilməsiDövlət Şəhərsalma və Arxitektura Komitəsi2020-ci il
 3.7.Muxtar respublikanın kəndlərində stadionların müasir tələblər səviyyə­sində qurulmasıDövlət Şəhərsalma və Arxitektura Komitəsi,rayon icra hakimiyyətləri2020-2025-ciillər
4. İdman sahəsində beynəlxalq əməkdaşlıq
 4.1.İdman sahəsində beynəlxalq əməkdaş­lığın genişləndirilməsi, idmançıların beynəlxalq turnirlərdə iştirakının təmin edilməsiGənclər və İdman Nazirliyi, idman federasiyalarıMütəmadi
 4.2.Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” Beynəlxalq Şahmat Festivalı­nın keçirilməsiNaxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası2020-  2025-ciillər
4.3.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş cüdo üzrə Beynəlxalq turnirin keçirilməsiGənclər və İdman Nazirliyi,Güləş FederasiyasıMay2020-ci il
4.4.Naxçıvan şəhərində “Karate üzrə Dünya Kuboku”nun keçirilməsiNaxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Karate-do FederasiyasıMay2020-ci il
4.5.Naxçıvan şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilmə­sinin təmin edilməsiNaxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Şahmat FederasiyasıOktyabr2020-ci il
4.6.Şahmat, güləş, cüdo, karate-do, boks, futbol, voleybol, ağırlıqqal­dırma, yüngül atletika, atıcılıq,basketbol,hava və ekstremal idman növləri üzrə Türkiyə və İran İslam Respublikaları ilə əməkdaşlığın genişləndiril­mə­si, yoldaşlıq görüş- lərinin keçirilməsiGənclər və İdman Nazirliyi,idman federasiyalarıMütəmadi
5. Bədən tərbiyəsi və idman sahəsində təminatlar
5.1. Bədən tərbiyəsi və idman sahəsində xidmətlərə və nailiyyətlərə görə idmançıların əməyinin qiymətlən­dirilməsiGənclər və İdman Nazirliyi, idman federasiyalarıMütəmadi
5.2.İdmançıların sosial problemlərinin həlli üçün tədbirlərin görülməsi Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri,idman federasiyalarıMütəmadi
6. İdmanın təbliği sahəsində maarifləndirici tədbirlər
6.1.Yeniyetmə və gənclər arasında idman növlərinin təbliği ilə bağlı təşviq bukletlərinin hazırlanması, bu sahədə internet saytlarında  və sosial şəbəkə­lərdə təbliğat işlərinin aparılmasıGənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi,Gənclər FonduMütəmadi
6.2.İdmanın təbliği ilə bağlı startap layihələrin hazırlanması, müasir texnologi­yaların imkanlarından istifadə edilməsiGənclər və İdman Nazirliyi,Gənclər FonduMütəmadi
6.3.Bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclərin reabilitasi­ya­sında əhəmiyyəti ilə bağlı maariflən­dirici tədbirlərin həyata keçirilməsiGənclər və İdman Nazirliyi, Paralimpiya FederasiyasıMütəmadi
6.4.İdman yarışlarının keçirilməsinə və təbliğinə “İdman könüllüləri”nin cəlb edilməsiGənclər və İdman Nazirliyi,Gənclər FonduMütəmadi
6.5.İdmanın ayrı-ayrı növləri üzrə maarifləndirici sosial çarxların hazırlanması və təbliğiGənclər və İdman Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi2020-2025-ciillər
6.6.İdmanın təbliği ilə bağlı teleradio və qəzet materiallarının hazırlanmasıMuxtar respubli­kanın kütləvi informasiya vasitələriMütəmadi
      

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …