Bazar , 22 Noyabr 2026
Drone Cameras

ABŞ-İran gərginliyi yenidən artır: Pentaqon kəşfiyyat təyyarəsini Yaxın Şərqə göndərdi

ABŞ-yə məxsus “RC-135 Rivet Joint” strateji kəşfiyyat təyyarəsinin Yaxın Şərqə doğru istiqamət aldığı bildirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə OSINT (açıq mənbələr əsasında kəşfiyyat) mənbələri məlumat yayıb.

Hərbi ekspertlərin fikrincə, bu tip kəşfiyyat texnikasının bölgəyə dislokasiyası potensial hərbi zərbə və ya münaqişənin kəskin şəkildə eskalasiyası ərəfəsində atılan hazırlıq addımı hesab oluna bilər.

Hazırda təyyarənin bölgədəki hərəkəti və kəşfiyyat fəaliyyəti beynəlxalq müşahidəçilər tərəfindən yaxından izlənilir.

Check Also

Azərbaycan və NATO logistik imkanlardan birgə istifadə mexanizmlərini müzakirə edib

Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə …