Azərbaycanın bir sıra ölkələrdəki səfirlərinin dəyişdirilməsinə hazırlıq görüldüyü bildirilir.Yenicag.az-a daxil olan informasiyaya görə, bu hazırlıq çərçivəsində Azərbaycanın ilk növbədə Ukrayna və Rusiyadakı səfirləri dəyişdiriləcək.
Məlumata əsasən, artıq Ukraynadakı səfirimiz Azər Xudiyev və Rusiyadakı təmsilçimiz Polad Bülbüloğlunun xələfləri də müəyyənləşib.
Qeyd olunur ki, Azər Xudiyevin yerinə keçmiş deputat Elmira Axundovanın təyinat alacağı artıq qətiləşib.
Polad Bülüloğlunun postuna isə Azər Xudiyevin göndərilməsi nəzərdən keçirilir. Əgər bu variant uyğun sayılmazsa, o halda Xudiyev Avropa ölkələrindən birinə səfir göndəriləcək.
Check Also
İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…
İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …
Boyukmillet.com Biz yanmasaq vətən yanar