Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Azar oyundan razı, nəticədən narazıdır

“Real”ın futbolçusu Eden Azar La Liqanın 24-cü turunda “Selta” ilə keçirdikləri matç (2:2) haqda danışıb.

Boyukmillet.com -un məlumatına görə, Belçika yığmasının üzvü komandasının sərgilədiyi oyundan razı qalıb.

Bununla belə, Azar nəticədən narazı qaldığını da vurğulayıb: “Zədədən qayıtdıqdan sonra durumum yaxşıdır. Düzdür, ilk 10 dəqiqədə özümü bir qədər yorğun hiss etdim. Amma sonra vəziyyət düzəldi və normal şəkildə oynadım. “Real” bu görüşdə inamlı təsir bağışladı, sadəcə nəticə ürəyimizcə olmadı. Növbəti turlarda xal itkisinə yol verməməliyik. Sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, start heyətdə yer alan E.Azar 73-cü dəqiqədə əvəzlənib.

Check Also

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boyukmillet.com …