Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

ABŞ İran neftinə görə 16 şirkət və 8 tankeri sanksiya siyahısına saldı

ABŞ Maliyyə Nazirliyi İran neftinin ixracında iştirak edən bir neçə hüquqi şəxsə, səkkiz tankerə və bir fiziki şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.

Boyukmillet.com nazirliyin İnternet saytında açıqlanan məlumata istinadən xəbər verir ki, sanksiya tətbiq edilən 16 şirkət arasında Çində, o cümlədən Honkonq, Qətər, Hindistan, BƏƏ və Marşal Adalarında qeydiyyatdan keçmiş şirkətlər var.

Nazirliyin müvafiq qərarında adı çəkilən yeganə fiziki şəxs Hindistan vətəndaşıdır.

Sanksiya siyahılarına əlavə edilən səkkiz tanker Marşal Adaları, Kamerun, Komor Adaları, Panama, Palau və San Marino bayraqları altında üzür.

Check Also

Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün uğursuzluğundan sonra demokratları bu …