Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Avropa Komissiyası Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edib

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrini blokun iqtisadiyyatının rəqabətədavamlılığını artırmaq üçün islahatları sürətləndirməyə çağırıb və xəbərdarlıq edib ki, Avropa geosiyasi qeyri-sabitlik, artan qlobal rəqabət və davam edən büdcə disbalansları fonunda öz mövqelərini itirmək riski ilə üzləşir.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat üzrə avrokomissar Valdis Dombrovskis Brüsseldə keçirilən mətbuat konfransında Avropa semestri çərçivəsində yaz tövsiyələr paketini təqdim edərkən bildirib.

Komissarın sözlərinə görə, Avropa iqtisadiyyatının dayanıqlığı onun artımını ləngitməyə davam edən struktur problemlərini gizlətməməlidir.

“Fəaliyyətsizliyin bədəli çox yüksəkdir. Avropa qlobal prosesləri özü formalaşdırmaq əvəzinə, onların obyektinə çevrilmək riski ilə üzləşir”, – Dombrovskis deyib.

Avropa Komissiyası dövlətlərə dörd istiqamətə diqqət yetirməyi tövsiyə edib: dövlət maliyyəsinin dayanıqlığının təmin edilməsi, rəqiblərlə innovasiya fərqinin azaldılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və işçi qüvvəsinin ixtisasının artırılması.

V.Dombrovskis büdcə intizamına xüsusi diqqət ayırıb. Avropa Komissiyasının həddindən artıq kəsiri olan 10 ölkənin (Fransa, İtaliya, Belçika, Polşa, Macarıstan, Slovakiya və s.) 2025-ci ildə Brüsselin tələblərini yerinə yetirdiyi barədə bəyanatına baxmayaraq, Aİ-də büdcə dayanıqlığı problemləri qalmaqdadır.

Bununla yanaşı, Brüssel ümumi yanacaq subsidiyaları və aksizlərin azaldılması təcrübəsini tənqid edib.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, rəqabətədavamlılığın daha da möhkəmləndirilməsi və büdcə dayanıqlığının qorunması Avropanın uzunmüddətli iqtisadi zəifləməsinin qarşısını almaq üçün əsas şərtlərdir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …