Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İrana qarşı sərt qətnamə qəbul olundu

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İdarə Heyəti İrandan təcili olaraq uran ehtiyatları barədə hesabat istəyib.

Boyukmillet.com bildirir ki, bölgədə baş verən bir sıra hərbi toqquşmalardan sonra Tehrana diplomatik təzyiq güclənib.

MAQATE İdarə Heyətində qətnaməni 35 üzvdən 21-i dəstəkləyib. Sənəd ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən birgə irəli sürülüb. Qərb ölkələri Tehrandan tam şəffaflıq və müfəttişlərin onun obyektlərinə çıxışını tələb edir.

Rusiya, Çin və Niger sənədin əleyhinə səs verib, daha 10 ölkə isə bitərəf qalmaq qərarına gəlib.

4 ölkə və MAQATE birgə bəyanatda bildiriblər ki, İranın hərəkətləri təkcə onun nüvə proqramının mahiyyəti ilə bağlı təcili narahatlıqlar doğurmur, həm də qlobal nüvə təhlükəsizliyi rejiminin bütövlüyünü təhdid edir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …