Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Səfirlik: Şuşa Bəyannaməsi ilə Azərbaycanla əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili münasibətilə paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında bildirilib.

“Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz beş il əvvəl bu gün hörmətli Prezidentimiz və Prezident İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə yeni və tarixi mərhələyə qədəm qoyub. Şuşa Bəyannaməsinin müəyyən etdiyi hədəflər və ortaq gələcək baxışı əsasında, can Azərbaycanla əməkdaşlığımızı bütün sahələrdə daha da gücləndirərək inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik”, – deyə paylaşımda qeyd edilib.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …