Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İran və ABŞ arasında memorandum imzalandıqdan sonra Hörmüzdən 7 gəmi keçib

İran və ABŞ arasında memorandum imzalandıqdan sonra Hörmüz boğazından 7 gəmi keçib.

Boyukmillet.com xəbər verir ki, bu barədə CNN-ə istinadən “İnterfaks” məlumat yayıb.

“Cümə axşamı hazırkı vaxta qədər boğazdan yeddi gəmi keçib”, – məlumatda bildirilib.

Dörd yük gəmisi – Fransanın LNG tankeri və Kuk adaları bayrağı altında üzən bitum tankeri boğazdan Oman körfəzi istiqamətində keçib. Panama bayrağı altında üzən daha bir “Starway” gəmisi boğaza daxil olaraq Fars körfəzinə istiqamətinlənib.

Bununla belə, 46 min tondan çox neft daşımaq imkanına malik olan “Starway” transponderini söndürərək faktiki olaraq gözdən itib.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi haqqında əsasnamələr da yer alır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …