Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Avropadan Rusiyanın qadağalarına CAVAB – Ermənistana 34 milyon avro ayırdı

Avropa Komissiyası Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən özəl sektoru dəstəkləmək məqsədilə bu ölkəyə 34 milyon avro maliyyə vəsaiti ayıracağını elan edib.

Boyukmillet.com xəbər verir ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu vəsait Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin daha əvvəl bəyan etdiyi hərtərəfli yardım paketinin ilk tranşıdır.

Bundan əlavə, rəsmi Brüssel əlavə iqtisadi dəstək təşəbbüsləri çərçivəsində erməni istehsalçılarının alternativ xarici bazarlara çıxışını genişləndirmək planlarını da açıqlayıb.

Xatırladaq ki, iyunun 15-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas jurnalistlərə açıqlamasında Avropa İttifaqının Rusiyanın iqtisadi təzyiqlərinə cavab olaraq Ermənistana xüsusi dəstək proqramı hazırlayacağını və İrəvana məsləhətçilər missiyası göndərəcəyini bildirib.

Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl mineral su və spirtli içkilərdən tutmuş meyvə-tərəvəzə qədər bir çox Ermənistan məhsullarının ölkəyə idxalına məhdudiyyətlər tətbiq edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …