Bu sözləri Boyukmillet.com-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, gazeteanka xəbər portalının baş redaktoru Oktay Hacımusalı deyib. Hacımusalının sözlərinə görə 56. Münix Təhlükəsizlik Konfransında keçirilən debatda Dağlıq Qarabağ münaqişəsinin masaya yatırılması, Azərbaycan və Ermənistan rəhbərlərinin beynəlxalq arenamın gözü qarşısında ilk dəfə üz üzə gəlməsi əslində bir çox məqamları ilə yadda qaldı. Jurnalist az çox siyatdən başı çıxan hər kəsin bu debatda N. Paşinyanın zəif bənd olduğunu anladığını və dünya səviyyəli politoloqların bunu etiraf etmək məcburiyyətində qaldıqlarını xüsusi ilə vurğulayıb. Cənab Prezidentin çox sistemli, dəqiq düşünülmüş arqumentlərlə həm Nikol Paşinyanı, həm də ona dəstək verən qüvvələri pis vəziyyətə qoymasının əslində dünya ictimaiyyətinə bir mesaj olduğunu vurğulayan O.Hacımusalı bu debatın Azərbaycan diplomatiya tarixində mühüm bir yeri olduğunu sözlərinə əlavə edib: ” Cənab Prezidentin dediyi hər bir sözdən, hər bir cümlədən sonra Ermənistan rəhbərliyi cavab verməyə çətinlik çəkirdi, deməyə söz tapmırdı. İndiyə kimi sadəcə canlı yayın edərək bloggerliklə məşğul olan Paşinyanın siyasi səhnədə nə qədər dayaz və primitiv olduğunu onu siyasi təcrübəsi və ritorikası ilə sübut edən cənab Prezident Ermənistanın əgər aradan ona dəstək verən qüvvələr çəkilərsə Azərbaycanla müqayisə olunmayacaq qədər zəif olduğunu da ortaya qoydu və bildirdi ki, əgər Ermənilər öz müqəddəratlarını ikinci dəfə həll etmək niyyətindədirlərsə zəhmət çəkib bunu başqa bir məkanda eləməyə cəhd göstərsinlər. Azərbaycan isə buna əsla izin verməyəcək. Öz dediklərini dəfələrlə inkar edən N.Paşinyan gah Qarabağda ermənilərinin bulunmadığını, gah da öz oğlunun da Dağlıq Qarabağda hərbi xidmət keçdiyini deyərək ciddi mənada cənab Prezidentin qarşı həmlələrinin onda şok effekti yaratdığını rəsmən təsdiqləmiş oldu. Həqiqətin gözünün içinə düz baxa bilməyəcək qədər qorxaq olan Nikol Paşinyanın debatda yol verdiyi ciddi siyasi səhvlər və yaşamış olduğu nakaut vəziyyəti xarici siyasi texnoloqların da diqqətindən yayınmadı. Hətta ermənilər belə Paşinyanın düşdüyü biabırçı vəziyyət haqqında qəzəblə münasibət bildirdilər. Çünki, artıq onlar da bilirlər ki, Davosdan, Aşqabaddan sonra bu artıq üçüncü anoloji haldır ki erməni baş naziri təbiri caizsə, Azərbaycan Prezidenti qarşısında nə deyəcəyini bilmir. Artıq Nikol Paşinyan da, onu dəstəkləyən qüvvələr də fırqindədirlər ki, Azərbaycan əsla və əsla Ermənistana güzəştə getmək niyyətində deyil və bu haqda düşünmür də. Və Azərbaycan prezidenti bütün dünyanın gözü qarşısında keçirilən debatda bir daha göstərdi ki, bütün sahələrdə Ermənistan Azərbaycanla müqayisə edilməyəcək qədər zəifdir”.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …