Tanker Hörmüz boğazında, kiçik sahilyanı Limah şəhərindən (Oman) 13 dəniz mili cənub-şərqdə naməlum mərmi ilə vurulub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında bildirilib.
“Tankerin kapitanı cənub marşrutu üzrə dəniz istiqamətində hərəkət edərkən onun naməlum mərmi ilə vurulduğu barədə məlumat verib. Səlahiyyətli orqanlar araşdırma aparır. Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, – məlumatda qeyd olunub.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
