Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər

ABŞ administrasiyası Mərkəzi Asiya ölkələri ilə ticarəti məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğvini dəstəkləməyə hazırdır. Lakin Vaşinqton bunun müqabilində həmin ölkələrdən Amerika məhsulları üçün bazarlarını açmaq istiqamətində addımlar gözləyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.

“Əgər bu, Konqres üçün bu qədər vacib məsələdirsə, hesab edirəm ki, biz buna dəstək verəcəyik”, – deyə Qrir ABŞ Konqresinin Senatının Maliyyə Komitəsində keçirilən dinləmələr zamanı qanunvericinin düzəlişin ləğvinə administrasiyanın dəstək verib-verməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.

Qrir əlavə edib ki, ABŞ region ölkələri ilə “qarşılıqlılıq prinsipi əsasında ticarət əlaqələrinin qurulmasına” diqqət yetirir. Onun sözlərinə görə, əgər bu proses həmin ölkələrin Amerika məhsulları üçün öz bazarlarını açması ilə müşayiət olunarsa, Vaşinqton əlavə tədbiri dəstəkləyə bilər.

Cekson-Venik düzəlişi 1974-cü ildə ABŞ-da qəbul edilib. Sənəd ABŞ ilə Sovet İttifaqı arasında ticarət münasibətlərinin normallaşdırılmasını yəhudilərin SSRİ-dən mühacirəti məsələsi ilə əlaqələndirirdi.

SSRİ-nin dağılmasından sonra düzəliş bir sıra postsovet respublikalarına münasibətdə qüvvədə qalmaqda davam edib. Rusiya ilə bağlı isə bu məhdudiyyətlər 2012-ci ilədək qüvvədə olub. Daha sonra düzəliş ləğv edilib, lakin ABŞ-da “Maqnitski aktı” adlanan qanun qəbul olunub. Bu qanunla ABŞ tərəfinin insan hüquqlarının pozulmasında ittiham etdiyi Rusiya vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …