Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Türkiyə ərazisi ilə yarım ildə 97 milyon barelə yaxın BTC nefti nəql olunub

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 96,934 milyon barel neft nəql edilib.

Bu barədə Boyukmillet.com Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 8,874 milyon barel və ya 8,4 % azdır.

Təkcə iyun ayında isə bu kəmər vasitəsilə 16,398 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 899 min barel və ya 5,2 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …