Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Qara dənizdə hərbi insident: Türkiyə gəmisi hücuma məruz qaldı, bir dənizçi itkindir

Türkiyənin dənizçilik şirkəti Qara dənizdə “RMS TEAM” konteyner gəmisinin hücuma məruz qalması barədə yayılan məlumatları rəsmən təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yükdaşıyan şirkətin yaydığı rəsmi bəyanatda bildirilib.

Məlumata görə, Türkiyənin Gemlik limanından Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən gəmi dənizdə kritik zərbə alaraq ağır zədələnib. Hadisə nəticəsində heyət üzvlərindən bir dənizçinin itkin düşdüyü bildirilir. Şirkət nümayəndələrinin açıqlamasına əsasən, konteyner gəmisi daşıdığı yüklə birgə sıradan çıxıb və gəminin bərpası artıq mümkün deyil.

Hadisənin dəqiq hansı vasitə ilə törədildiyi və hücumun kim tərəfindən təşkil olunduğu ilə bağlı araşdırmalar davam edir.

Check Also

Qazilərə münasibətdə laqeydliyə son qoyulmalıdır — İbrahim Cabarov

Fəaliyyətini dayandırmış Gənc Qazilər İctimai Birliyinin fəalı, İSBAM Şirvan regional nümayəndəsi, Vətən müharibəsi qazisi İbrahim …