Bazar , 4 May 2025
Drone Cameras

Metroda aparat işləmədi, sərnişinlər pulsuz keçdi

Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

Boyukmillet.com xəbər verir ki metropolitenin sözçüsü Bəxtiyar Məmmədov bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: “Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …