Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ukrayna NATO-ya HHM sahəsində birinci növbəli ehtiyaclarının siyahısını təqdim edib

Ukrayna Ukraynanın müdafiə məsələləri üzrə beynəlxalq Təmas Qrupunun “Ramştayn” formatında növbəti iclası ərəfəsində – 8 sentyabrda NATO-ya hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (REM) sahəsində birinci növbəli ehtiyacların siyahısını təqdim edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi bəyanat verib.

Bu baxımdan Brüsseldəki NATO-nun baş qərargahında Alyansın baş katibi Mark Rüttenin sədrliyi ilə Ukrayna-NATO Şurasının növbədənkənar iclası keçirilib.

“Ukrayna tərəfi müttəfiqlərə aktual hava təhdidlərinin qiymətləndirməsini təqdim edib və əlavə silahların verilməsinin sürətləndirilməsinə çağırıb”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlikdə qeyd ediblər ki, HHM və REM-in gücləndirilməsi “Ramştayn” formatında qarşıdakı iclasın əsas məsələlərindən biri olacaq.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …