Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Sabahdan Bakı metrosunda intervallar azaldılır

“Bakı Metropoliteni” QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.

Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

Check Also

30 mindən çox şəxsin maaşı 35 faiz artacaq – Rəsmi

Sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq. Boyukmillet.com xəbər verir ki, …