Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Cari ilin yanvar ayında fərdi uçot sistemində əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi ölkəmizdə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ilin əvvəlindən fəaliyyət göstərir. Ötən dövrdə sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında müşahidə olunan mütəmadi artım dinamikası cari ildə də davam edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin yanvar ayında sistemdə əlavə olaraq 273 nəfər əcnəbi şəxs qeydiyyata alınıb. Onların hər birinə unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Bununla da cari ilin fevralın 1-nə fərdi uçot sistemində qeydiyyatda olan xarici vətəndaşların sayı 34 213 nəfərə çatıb. Azərbaycanda fərdi uçot sistemində fərdi şəxsi hesabı olan əcnəbilər 125-dək ölkəni təmsil edirlər. Onların arasında sayca daha çox olan Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarıdır.

Respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də fərdi uçot sistemi ilə əhatə olunması ölkəmizin vətəndaşları ilə bərabər, onların da gələcək pensiya təminatı hüquqlarını formalaşdırmalarına imkan yaradıb. Sistemdə qeydiyyatda olan digər sığortaolunanlar kimi, fərdi şəxsi hesaba malik əcnəbilər də məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsi prosesinə “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə ardıcıl şəkildə nəzarət edə bilirlər.

Qeyd edək ki, bu ilin fevralın 1-nə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı 3 393 453 nəfər təşkil edir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir