Cümə axşamı , 16 Sentyabr 2021
Home » Dünya » On bankın qorunan əmanətçilərinə 724 milyon 183 min manatdan artıq kompensasiya ödənilib

On bankın qorunan əmanətçilərinə 724 milyon 183 min manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən fevralın 6-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 137 min manat (ümumi kompensasiya öhdəliyinin 98,3 faizi), “Zaminbank” ASC-nin əmanətçilərinə 53 milyon 389 min manat (ümumi kompensasiya öhdəliyinin 73 faizi), “Kredobank” ASC-nin əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5 faizi) və “Dekabank” ASC-nin əmanətçilərinə isə 3 milyon 086 min manatdan (ümumi kompensasiya öhdəliyinin 98,7 faizi) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 127 milyon 382 min manatdan artıq kompensasiya ödənilib.

ƏSF-dan AZƏRTAC-a verilən məlumata görə, fevralın 6-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1 faizi), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank” ASC-nin əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faizi), “Texnikabank” ASC-nin əmanətçilərinə isə 120 milyon 428 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 565 min manatdan artıq kompensasiya ödənilib.

QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 434 milyon 991 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 faizi əmanətçilərə ödənilib.

Ümumilikdə fond tərəfindən 10 bank üzrə 724 milyon 183 min manatdan artıq kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu yanvarın 27-də başa çatıb. Eyni zamanda, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu fevralın 4-də başa çatıb.

Check Also

У Харкові відкрили пам‘ятник Великому Нізамі!

У Харкові в Сквері україно-азербайджанської дружби в рамках Року Нізамі Гянджеві, що був проголошений Президентом …