Cümə axşamı , 22 Yanvar 2026
Drone Cameras

Çanaqqaladakı təbii fəlakət bölgəsində çadır şəhərciyi qurulub

Fevralın 7-də gecə saat 5.24 dəqiqədə Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda Rixter cədvəli ilə 5.2 bal gücündə zəlzələ baş verib.

Rəsmi məlumata görə, episentri Egey dənizində olan yeraltı təkanlar bəzi tikililərdə ciddi dağıntılar yaradıb. Çox sayda insan evsiz qalıb. Zəlzələdən təşvişə düşən əhali küçə və meydanlara axışıb. Qızıl Ay Cəmiyyəti evsiz qalan insanlar üçün çadır şəhərciyi salıb. Ətraf bölgələrdən təbii fəlakət rayonuna kömək cəlb olunub.

Xatırladaq ki, fevralın 6-da bu bölgədə yerli vaxtla saat 6.51-də və 13.58-də Rixter cədvəli ilə 5.3 bal gücündə iki zəlzələ baş verib.

 

azertac

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir