Yaponiya Kosmik Məkanın Mənimsənilməsi Agentliyinin (JAXA) yaydığı məlumata görə, “Konotori-6” yük gəmisi kosmik tullantıların məhv edilməsi ilə bağlı yeni texnologiyanı sınaqdan keçirmədən öz missiyasını başa çatdırıb.
JAXA-nın rəsmi nümayəndələrinin bildirdiyinə görə, bu kosmik gəmi fevralın 6-da atmosferə qayıdaraq onun qatlarında yanıb.
Dekabrın əvvəllərində yük gəmisi kosmosa Beynəlxalq Kosmik Stansiyaya (BKS) yüklərin çatdırılması məqsədilə buraxılmışdı.
Yanvarın 28-də BKS-dən ayrıldıqdan sonra o, kosmik tullantıların məhv edilməsi üçün yeni texnologiyanı sınaqdan keçirməli idi. Bu məqsədlə kosmik gəmi kosmosda 700 metr uzunluğunda metal tros açmalı və ona elektrik enerjisi ötürməli idi.
JAXA-nın rəsmi nümayəndələri bildiriblər ki, trosun açılması sistemində texniki problemlər yarandığına görə, bütün cəhdlər uğursuzluqla nəticələnib.